Avstraliya polisi Melbrunda Yeni İl bayramında "terror aktı törətmək istədiyi" iddia edilən gənci həbs edib.
Rəsmilər bildirirlər ki, 20 yaşlı oğlan "terrorçuluq" itihamı ilə mühakimə oluancaq. İttiham sübuta yetirilsə, onu uzun müddətlik həbs gözləyir.
Polis güman edir ki, gənc şəhərin mərkəzindəki Federasiya meydanında avtomat silahdan adamlara atəş açmağı planlaşdırıb.
Sakinlər üçün hazırda hər hansı təhlükə yoxdur, polis deyib.
Polis şübhəli şəxsin silahı ələ keçirməzdən öncə yaxalandığını deyir. Viktoriya Polis rəsmisi Shane Patton bildirib ki, gəncin silah tapıb bacardığı qədər çox adam öldürmək niyyəti olub.
Ötən il Melbrunda keçirilən Yeni il şənliklərinə 500 min adam qatılıb.
Gənc Avstraliyada əslən Somalidən olan ailədə doğulub və yanvar ayından bəri polisin "izlənilənlər siyahısında" olub.
Onun özünü "İslam Dövləti" (İD) adlandıran qruplaşmanın "terroru necə təşkil etmək lazımdır" kitabçasını əldə etdiyi bildirilir.
Polis hesab edir ki, gənc İD-ə pərəstiş edir və onun ekstremistlərlə əlaqəsi var, ancaq "cinayəti tək törətmək niyyətində" olub.
Avstaliya polisi keçən il də Melbrunda Yeni il şənliklərini hədəfə almaq istəyən hücum planını aşkarlamışdı.