Məhkəmənin 10 il bundan əvvəlki qərarı ilə bağlı Azəraycan hökumətinə suallar göndərilib
Avropa İnsan Haqları Məhkəməsi 2007-ci ildə 14 il azadlıqdan məhrum edilən Səid Dadaşbəylinin işi üzrə kommunikasiya başlayıb.
Səid Dadaşbəyli Avropa Məhkəməsinə müraciət edərək Konvensiyanın 6.1 və 6.3 (c) maddələrinin pozuntusundan şikayət edib.
Bu barədə vəkil Fariz Namazlı “Facebook” səhifəsində yazıb.
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökümətinə Ərizəçinin cinayət ittihamı üzrə ədalətli məhkəmə araşdırması hüququnun, öz istəyi ilə müdafiəçinin köməyindən istifadə etmək hüququnun pozulub-pozulmaması ilə bağlı suallar göndərib.
1974-83-cü illərdə doğulan Said Dadaşbəyli, Mikail İdrisov, Cahangir Kərimov, Fərid Ağayev, Rasim Kərimov, Samir Qocayev, Beybala Quliyev, Rəşad Əliyev, Ceyhun Əliyev, Emil Mehbəliyev, Fətulla Bəbirov, Zaur Orucov, Rəşad İsmayılov, Faiq İsmayılov və Mübariz İsmayılov AR Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 28.2. ( yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq),180.3.1. (Soyğunçuluq. Mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278 (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və qiymətli kağzlar hazırlama və ya satma), 234 (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə ittiham olunaraq, 8-14 il arası azadlıqdan məhrum edildilər.
Adları çəkilən gənclərin əksəriyyəti ali təhsilli olduqlarından xarici şirkətlərdə çalışırdı.