ATƏT cəbhə bölgəsində monitorinq keçirib: insident baş verməyib

ATƏT cəbhə bölgəsində monitorinq keçirib: insident baş verməyib
8 Noyabr 2017
Mətni dəyiş

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 8-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tərtər rayonu istiqamətində monitorinq keçirilib.

Abzas.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Micheil Olaru və Martin Shuster keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnen Jovich keçiriblər.

Monitorinqin insidentsiz başa çatdığı bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun