Apellyasiya Məhkəməsi NİDA üzvünün şikayətini təmin etməyib

Apellyasiya Məhkəməsi NİDA üzvünün şikayətini təmin etməyib
22 Noyabr 2017
Mətni dəyiş

Noyabrın 22-də Bakı Apellyasiya Məhkəməsində 15 gün müddətinə həbs edilmiş NİDA Vətəndaş Hərəkatının üzvü Ümman Səfərovun şikayətinə baxılıb.

Abzas.net xəbər verir ki, bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

Apellyasiya Məhkəməsi Xətai rayon məhkəməsinin qərarını qüvvədə saxlayaraq, şikayəti təmin etməyib.

Ümman Səfərov noyabrın 14-də səhər evdən çıxıb dərsə gedərkən mülki geyimli şəxslər tərəfindən saxlanılaraq 36-cı polis bölməsinə aparılıb. Bir müddət orda saxlanıldıqdan sonra, Xətai Rayon Məhkəməsinə aparılıb.

Yaxınları bildirir ki, Ü. Səfərovun saxlanılmasına və 15 gün müddətinə həbs olunmasına səbəb, onun NİDA-dakı aktiv fəaliyyətidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun