“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) və İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) gələn ilin dövlət büdcəsindən ayrılan vəsaitin həcmi açıqlanıb.
Abzas.net xəbər verir ki, 2018-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, AzTV-yə növbəti ildə 31 822 507, İTV-yə isə 11 618 112 manat vəsait nəzərdə tutulub.
Ötən illə müqayisədə AzTV-yə ayrılan büdcə 736 593, İTV-yə isə 302 640 manat artıb.