Bu gün Balakən rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesdə Əfqan Muxtarlının vəkili Elçin Sadıqovun qaldırdığı vəsatətlər təmin edilməyib. Məhkəmə baxışı dekabrın 14-ü saat 10.30-a təyin edilib.
Oturum izni ilə Gürcüstanda yaşayan Ə.Muxtarlı mayın 29-da həbs edilib.
Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
[embed]https://www.youtube.com/watch?v=To0C-oHAYu4&feature=youtu.be[/embed]abzas.net