YUNESKO-nun baş direktorunu 4-cü turda da seçmək mümkün olmayıb

YUNESKO-nun baş direktorunu 4-cü turda da seçmək mümkün olmayıb
13 Oktyabr 2017
Mətni dəyiş

Parisdə baş tutan YUNESKO-nun baş direktoru postuna seçkilərin 4-cü turu keçirilib.

Abzas.net xəbər verir ki, YUNESKO-nun baş direktorunu 4-cü turda da seçmək mümkün olmayıb.

Namizədlərdə heç biri tələb olunan səs baryerini aşa bilməyib. Qalib gəlmək namizəd 58 səsdən 30-nu toplamalıdır.

Səsvermənin 5-ci turu bu gün baş tutacaq.

Hal-hazırda qurumun baş direktoru vəzifəsi uğrunda cəmi 3 ökənin təmsilçisi mübarizə aparır. Bunlar Qətər, Misir və Fransa nümayəndələridir.

Son turda namizəd sayı beş idi. Lakin sonradan Çin və Livan təmsilçiləri namizədliklərini geri götürdülər. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da YUNESKO-nun baş direktoru vəzifəsinə namizədlər sırasında idi. Lakin oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra, o,  namizədliyini geri götürüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun