Fransanın paytaxtı Parisdə baş keçirilən YUNESKO-nun baş direktoru postuna seçkilərin ilk turu baş tutub.
Abzas.net xəbər verir ki, ilk turda qalibi müəyyən etmək mümkün olmayıb. Belə ki, namizədlərdən heç biri qələbə qazanmaq üçün lazım olan qədər səs toplamayıb.
Seçkilərin ikinci turu bugün baş tutacaq.
Namizədlər sırasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun da adı var. Ümumilikdə YUNESKO-nun baş direktoru postuna 7 ölkənin nümayəndəsi namizəddir.