Maliyyə Nazirliyinin təqdim etdiyi gələn il üzrə dövlət büdcəsi layihəsinə əsasən, ölkədə orta aylıq əməkhaqqı 549 manat 70 qəpik proqnozlaşdırılır. Bu, 2017-ci ildən təqribən 25 manat və ya 4.7 faiz çoxdur.
Bu il inflyasiya ikirəqəmli proqnozlaşdırılır. Ərzaq məhsullarının artıq 18 faiz bahalaşdığı açıqlanıb.
“Turan” İnformasiya Agentliyinin sentyabr üçün tərtib etdiyi 30 əsas ərzaq növündən ibarət istehlak səbətinin qiyməti orta hesabla 5,4 faiz bahalaşıb.
Ərzaq məhsulları isə bahalaşmağa davam edirPomidor 157, xiyar 100, yumurta 44,4, kartof 40, kələm 30,7, kərə yağı 22,9, toyuq içalatı 14,8, duz 12,5, pendir 7,5, mal ətinin qiyməti isə 4,5 faiz qalxıb.
Qarşıdakı 3 illə bağlı icmal büdcəsi layihəsinin göstəricilərinə görə, 2021-ci ildə orta aylıq əməkhaqqının 585.50 manata çatacağı nəzərdə tutulur. Bu, gələn il üzrə proqnozdan isə 6.5 faiz çoxdur.
Hazırkı rəsmi rəqəmlərə görə, ölkə üzrə nominal əməkhaqqı 523 manatdır. 2016-cı ildə bu rəqəm 472 manat olub.
“Nastoyaşee vremya” telekanalı postsovet ölkələrindəki həyat səviyyəsini və orta aylıq əmək haqqını araşdırıb.
Azərbaycan əmək haqqına görə regionda sonuncudurMəlum olub ki, əhalinin orta aylıq gəlirinə görə, Estoniya postsovet məkanında liderdir. Bu ölkədə orta aylıq əmək haqqı 1313 dollardır.
Azərbaycan isə Gürcüstan və Ermənistandan sonra 9-cu yeri bölüşür. Gürcüstanda orta aylıq əməkhaqqı 413, Ermənistanda isə 397 dollardır. Azərbaycanda bu rəqəm 299 dollardır.
Orta aylıq əmək haqqı Latviyada 1009, Litvada 903, Rusiyada 657, Qazaxstanda 432, Belarusda 402, Moldovada 288, Ukraynada 263, Qırğızstanda 204, Türkmənistanda 198, Özbəkistanda 177, Tacikistandaisə 120 dollardır.
Azərbaycan Maliyyə Nazirliyi 2018-ci ilin büdcə layihəsini və növbəti 3 il üzrə icmal büdcənin göstəricilərini bəyənib. Həmin il üzrə büdcə gəlirləri 20.127 mlrd, xərcləri isə 20.905 mlrd manat nəzərdə tutulur.
2017-ci ilin dövlət büdcəsində isə gəlir 16 mlrd. 766 mln. manat, xərclər isə 18 mlrd. manata yaxın proqnozlaşdırılır.