İki gündür Bakıya aramsız yağan yağış nəqliyyatın və insanların hərəkətin iflic edib.
Abzas.net xəbər verir ki, yağışdan sonra Bakının bir çox yerləri demək olar ki, suyun altında qalıb.
286 saylı orta məktəbin qarşısı Venesiyanı xatırladır
Bakı şəhəri Yeni Yasamal yaşayış massivi də yağışın ziyan verdiyi yerlərdəndir. Yeni Yasamalda yerləşən 286 saylı orta məktəbin qarşısı Venesiyanı xatırladır. Şagirdlər məktəbə gedib gəlməkdə çətinlik çəkirlər. Burada nəqliyyatın hərəkəti mümkünsüz olub. Ərzaidən keçən maşınlar sakinlər tərəfindən saxladılrlar. Sakinlər bildirir ki, maşınlar ərazidə hərəkət edəndə, su onların evlərinə dolur. Ərazidə müşahidə etdik ki, yağışın yağmasından istifadə edib pul qazananlar da olur. Belə ki, demək olar ki, suyun altında qalan maşınların nömrələri açılıb suya düşür. Azyaşlı uşaqlar nömrləri tapdıqdan sonra sahiblərinə pul qarşılığında verirlər. Eyni zamanda, balıq tutmaq həvəsinə düşənlər də az deyil.
Bu ərazi hər il eyni problemlə üzləşir. Burada yağışın dayanmadan bir saat yağması həm nəqliyyatı iflic edir, həm məktəbin fəaliyyətin, həm də sakinlərin həyatın.
[embed]https://youtu.be/rIcrL3LIuVw[/embed]Nizami rayonunun Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsi də yağışdan yağmasından əziyyət çəkən yerlərdəndir. Burada magistral yolun kanalizasiya kollektoru olan hissəsi çöküb. Nəticədə böyük çuxur əmələ gəlib. Yaranan çuxura görə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
ötən ilin iyun-sentyabr aylarında Qara Qarayev prospektində yenidənqurma və təmir işlərinin aparılmasına baxmayaraq, magistral yol güclü yağışın yağmasına davamiyyət göstərə bilməyib.
“Azəravtoyol” ASC-dən bildirilib ki, hadisə barədə məlumatlıdırlar və araşdırma aparılır.