Xınalıq kəndinə 17 sm qar yağıb

Xınalıq kəndinə 17 sm qar yağıb
3 Oktyabr 2017
Mətni dəyiş

Oktyabrın 2-dən 3-nə kimi ölkənin bəzi dağlıq ərazilərinə qar yağıb.

Abzas.net xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat verib. Qurum faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Qar örtüyünün hündürlüyü Quba rayonunun Xınalıq kəndində 17, Qırız kəndində 7, Qusar rayonun Ləzə kəndində isə 3 sm təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun