Xəzər İbrahim Azərbaycanın Türkiyədə səfiri təyin edilib

Xəzər İbrahim Azərbaycanın Türkiyədə səfiri təyin edilib
6 Oktyabr 2017
Mətni dəyiş

Prezident İlham Əliyevin sərəncamı ilə Xəzər İbrahim Azərbaycanın Türkiyədə Fövqəladə və Səlahiyyətli səfiri təyin edilib.

Abzas.net xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. İndiyidək bu vəzifəni Faiq Bağırov icra edib.

39 yaşlı İbrahim böyük karyeraya malik diplomatdır. Bundan əvvəl o, Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinin rəhbəri olub.

Daha əvvəl İbrahim Azərbaycanın ABŞ-dakı səfirliyində işləyib, XİN-in mətbuat xidmətinə rəhbərlik edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun