Xədicə İsmayıl polis bölməsinə çağrılıb

Xədicə İsmayıl polis bölməsinə çağrılıb
3 Oktyabr 2017
Mətni dəyiş

Araşdırmaçı jurnalist Xədicə İsmayıl polis bölməsinə çağrılıb

Abzas.net xəbər verir ki, bu barədə jurnalist öz Feysbuk hesabında yazıb.

Xədicə ismayıl qeyd edib ki, mən onlardan hansı səbəblə çağrılmağım barədə çağrış vərəqəsi istədim.

"Polis axtarır. Anamın ünvanı üzrə polis bölməsinə çağırıblar. Deyirlər, yarım saatlıq işimiz var. Deyirəm, qeydiyyat və yaşayış yerim başqa ünvandır, çağırış vərəqəsi göndərin, görüm, niyə çağırırsız" - deyə jurnlaist qeyd edib.

XATIRLATMA

Xədicə İsmayıl 2014-cü ilin dekabrın 5-də həmkarını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib, lakin sonradan bu maddə üzrə ona bəraət verilib.

Həbs-qətimkan dövründə Xədicə İsmayıla qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb və o, 7 il 6 ay müddətinə həbs edilib.

Jurnalist 25 may 2016-cı ildə Ali Məhkəmənin qərarı ilə şərti azadlığa buraxılmışdı.

Xədicə İsmayıl Azərbaycanın hakim ailəsinin bir çox biznes və korrupsiya məsələləri ilə bağlı aradşdırmaların müəllifidir.

Jurnalist fəaliyyətinə görə bir çox beynəlxalq mükafatlara layiq görülüb. Son olaraq sentyabrın 26-da "Nobel mükafatına alternativ" - "Dürüst Həyat" (Right Livelihood) laureatı adını qazanmışdı. Bundan 3 gün sonra isə,  jurnalist  Britaniya Kolumbiyası Universiteti Hüquq fakültəsinin təsis etdiyi "Allard" mükafatına layiq görülmüşdü

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun