Vəkil: "Bayram Məmmədovun səhhətində ciddi problemlər var"

Vəkil: "Bayram Məmmədovun səhhətində ciddi problemlər var"
19 Oktyabr 2017
Mətni dəyiş

Bu gün vəkil Elçin Sadıqov 13 saylı cəzaçəkməmüəssisəsində Bayram Məmmədovla görüşüb.

Abzas.net xəbər verir ki, bu barədə vəkil özü məlumat verib.

Məlumata görə, Bayram Məmmədovun səhhətində ciddi problemlər yaranıb. Onun böyrəklərində iltihab proseslər aşkar edilib.

Vəkil deyir ki, Bayram Məmmədova bir sıra dərmanlar yazılıb ki, müalicə alsın. Eyni zamanda, həbsxana rəhbərliyi Bayram Məmmədova qarşı yaradılan problemlərin yaxın günlərdə həll ediləcəyinə söz veriblər.

Psixoloji vəziyyəti, əhvalı yaxşıdır

"Bayram Məmmədov psixaloji cəhətdən yaxşıdır, əhvalı da yaxşıdır. Ona dətsək olan hər kəsə təşəkkürünü bildirdi" - deyə vəkil Elçin Sadıqov əlavə edib.

Oktyabrın 18-i Nida Vətəndaş Hərəkatı mətbuat konfransı keçirib. Onlar bildiriblər ki, 9 oktyabrda Bayram Məmmədovun saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsinə rəsmi orqanlardan adamlar gəlib. Özlərini təqdim etməyən bu adamlar Bayram Məmmədovla görüşüblər.

Görüşü tərk edən Bayram Məmmədov növbəti gün cərimə kamerasına (“karsa”) salınıb.

Penitensiar Xidmət bir qayda olaraq açıqlamalarında məhkumların cərimə kamerasına salınmasını onların daxili qaydaları pozmaları ilə izah edir.

Bayram Məmmədov həbsə salındığı gündən etibarən indiyə qədər cəza çəkdiyi müəssisədə ayrıseçkiliyə, təhqir və işgəncəyə məruz qaldığını açıqlayıb. Lakin hər dəfəsində həm müəssisə rəhbərliyi, həm də Penitensiar Xidmət onunla hüquq çərçivəsində davranıldığını bəyan edib.

Xatırlatma

Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-da Heydər Əliyevin postamentinə “Qul Bayramınız mübarək” şüarını yazdıqdan sonra saxlanılıblar.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Qiyas İbrahimov oktyabrın 25-də, Bayram Məmmədov isə dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Fəalların özü və üzvü olduqları Nida Vətəndaş Hərəkatı onların həbsini fəaliyyətlərinə görə olduğunu iddia edir.

Amnesty International beynəlxalq insan haqları təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun