Ukrayna parlamenti qarşısında etiraz aksiyası keçirilir

Ukrayna parlamenti qarşısında etiraz aksiyası keçirilir
17 Oktyabr 2017
Mətni dəyiş

Ukrayna prezidenti Petro Poroshenko Ali Radaya deputat toxunulmazlığının ləğvini nəzərdə tutuan qanun layihəsi təqdim edib.

Sənəd prezidentin rəsmi saytında yerləşdirilib. Məlumatına görə, deputat toxunulmazlığının ləğvinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Həmçinin Poroshenko, Ali Radanın razılığı olmadan deputatların cinayət məsuliyyətinə cəlb olunması və ya həbsini qadağan edən bəndin qanundan çıxarılmasını təklif edir.

Artıq parlament binasının qarşısında mitinq başlayıb.

Məlumata görə, aksiyada onlarla siyasi qüvvənin tərəfdarları iştirak edir.

Azadlıq Radiosunun müxbiri təşkilatçılara istinadla xəbər verir ki, aksiyada azı 5 min adam iştirak edir.

UNİAN portalının məlumatına görə, aksiya zamanı ictimai asişin qorunmasına 3500-dək hüquq-mühavizə qüvvələri cəlb edilib.

Aksiyaçılar korrupsiya əleyhinə məhkəmə yaradılması, deputat toxunulmazlığının ləğv edilməsi və yeni seçki qanunu qəbul edilməsini tələb edirlər.

Aksiya iştirakçıları bildiriblər ki, mitinqdə qaldırılan bütün məsələlər müzakirə üçün günün ikinci yarısında parlamentə təqdim olunacaq.

Aksiyanın əsas təşkilatçısı Mikheil Saakashvili isə öz tələblərini yayıb-korrupsiyaya qarşı amansız mübarizəyə başlamaq, Mərkəzi Seçki Komissiyasının tərkibini təzələmək və əhali üçün elektrik enerjisi tariflərini aşağı salmaq.

Saakashvili bir gün əvvəl Azadlıq Radiosunun Ukrayna xidmətinə müsahibəsində deyib ki, artıq 25 ildir ki, ölkəni idarə edən siyasi sinifi dəyişmək lazımdır.

Saakashvili qeyd edib ki, insanlar səfərbər olmalıdır bu dialoq prosesinin başlanğıcıdır.

Ukraynanın Ali Radası ətrafında Milli qvardiya və polis qüvvələrindən ikiqat sədd qurulub.

RİA "Novosti"-nin oktyabrın 17-də verdiyi məlumata görə, bunu özünün "Facebook" səhifəsində deputat Mustafa Nayem yazıb.

Onun sözlərinə görə, parlamentin yerləşdiyi məhəllə tam mühasirəyə alınıb, Konstitusiya meydanına gələnləri isə yalnız xüsusi yerlərdən buraxırlar.

“Yeni qüvvələr hərəkatı”, “Batkivşina” və “İctimai mövqe” partiyalarının yüzlərlə tərəfdarı bundan əvvəl parlamentin binası ətrafında etiraz aksiyasına çıxıblar.

Məlumata görə meydanda səhnə qurulub, onların arasında komfulyaj geyimdə olan xeyli adam və pensiyaçılar da var.

Mitinqi Odessa vilayətinin keçmiş qubernatoru və “Yeni qüvvələr hərəkatı” partiyasının lideri Mikheil Saakashvili başda olmaqla bir sıra siyasi partiyalar təşkil edib.

Səhər saatlarında Lyuteranskaya, Kuruqlouniversitetskaya, Qorodetsk və bir neçə ətraf küçə rəsmən bağlanıb.

Xatırlatma

Gürcüstan hökuməti də Saakashvili-nin həbsini və ekstradisiyasını istəyir. O, 2004-2013-cü illərdə prezident olanda mənimsəmə və vəzifəsindən sui-istifadədə ittiham olunur.

Saakashvili ittihamları rədd edir.

Saakashvili 2015-ci ildə Ukraynaya gedib və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib.

Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonda Poroshenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun