Türkiyədə OHAL daha 3 aya müddətinə uzadılıb
Abzas.net xəbər verir ki, Türkiyə parlamenti ölkə ərazisində fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına dair qərar verib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hakimiyyətin təklif etdiyi qanun layihəsi əksər deputatlar tərəfindən dəstəklənib.
2016-cı ildə baş vermiş hərbi çevrilişə cəhddən sonra, həmin ilin iyul ayının 21 Türkiyədə Fövqəladə vəziyyət rejimi elan olunub və bu günə qədər davam etməkdədir.