Türkiyənin cənub-şərqində hərbi maşın yolda hərəkət etdiyi zaman bomba partladılıb.
Abzas.net xəbər verir ki, hücum oktyabrın 4-də Hakkari əyalətinin Yüksəkova rayonunda törədilib.
Hadisə nəticəsində 4 Türkiyə əsgəri öldürülüb, 4-ü isə yaralanıb.
Əyalət valisinin sözlərinə görə, bu hücumun arxasında PKK yaraqlıları dayanır.
Yaralılar yaxınlıqdakı hospitala götürülüblər.