Türkiyə maliyyə və əmək nazirliklərində işləyən 133 məmurun həbsinə order verib.
Onlar keçən ilin iyulundakı dövlət çevrilişi cəhdinə rəğbətdə şübhəli bilinir.
İttihamlara görə, bu şəxslər məlumatı şifrələyən "ByLock" mesencerindən istifadə edirmiş. Bundan isə yenə ittihamlara görə, ABŞ-da yaşayan ilahiyyatçı Fətulla Gülənin şəbəkəsi istifadə edir.
Həmin 133 məmurdan 101-i maliyyə nazirliyindən, 32-si əmək nazirliyindəndir.
Keçən ilin iyulundan bəri Türkiyədə Gülənlə əlaqələrdə ittiham edilərək 50 mindən çox adam tutulub. 150 min adam işdən çıxarılıb.