Türkiyənin hüquq-mühafizə orqanları ölkədə Fətullah Gülən tərəfdarlarına qarşı (FETÖ - Fətullahçı terror örgütü) qarşı genişmiqyaslı əməliyyat-axtarış tədbirləri keçirir.
Abzas.net xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Türkiyə XİN-in FETÖ üzvü olduğuna görə işdən çıxarılan 121 keçmiş əməkdaşının həbsinə qərar verilib. Keçmiş diplomatların tutulması üçün ölkənin 30 əyalətində eyni zamanda əməliyyata başlanılıb.
Bundan başqa, FETÖ ilə əməkdaşlıq edən Türkiyə Silahlı Qüvvələrinin 70 əməkdaşının həbsi barədə də qərar çıxarılıb. Onların tutulması haqqında qərarı Konya Prokurorluğu qəbul edib.
Əməliyyatı Konya Mütəşəkkli Cinayətkarlığa Qaşrı Mübarizə İdarəsi aparır. Əməliyyatın 31 əyalətda həyata keçirildiyi bildirilir.