Əfqanıstanda “Taliban” silahlı qruplaşmasının üzvləri polis idarəsinə hücum ediblər.
Abzas.net xəbər verir ki, hadisə nəticəsində 50 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb.
Bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Hadisə Paktiya əyalətinin Qardez şəhərində baş verib.
Qardez şəhəri Polis İdarəsinin yaxınlığında minalanmış iki avtomobilin terrorçular tərəfindən partladıldığı bildirilir.
Bundan sonra silahlılar polis idarəsinin binasına girməyə cəhd göstəriblər. Lakin onların hücumunun qarşısı alınıb.