Somalinin paytaxtı Moqadişoda partlayış törədilib.
Abzas.net xəbər verir ki, partlayış nəticəsində 267 nəfər həlak olub.
Bu barədə Somalinin İnformasiya naziri Abdurrahman Osman məlumat verib.
Hadisə nəticəsində 300-dən çox insan yaralanıb.
şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 267 nəfərə çatıb, 300 nəfər yaralanıb.
14 oktybarda Somalinin paytaxtı Moqadişo şəhərinin mərkəzində yük maşını partladılıb. Rəsmilər hadisəni terror hücumu kimi qiymətləndirib.
Hələ ki, terror aktı ilə bağlı məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.