Sloveniyada keçirilən prezident seçkilərinin birinci turunda prezident seçilməyib.
Abzas.net xəbər verir ki, daha öncə hazırki prezidentin böyük fəqrlə rəqibinə qalib gəldiyi bildirilsədə, son nəticədə bunun belə olmadığı üzə çıxıb.
Səslərin 95 faizi hesablandıqdan sonra alınan nəticəyə görə, hazırkı prezident Borut Pahor 47,3% səslə öndə olsa da, tələb edilən 50%-lik baryeri aşa bilməyib.
Onun əsas rəqibi Marjan Sarec səslərin 24,8%-ni toplayıb.
Sloveniyada prezident seçilmək üçün, 50% və əlavə olaraq 1 səs toplanılmalıdır.
Seçkilərin ikinci turu noyabrın 12-də keçiriləcək.