Seçici: "qoyunlarımı oğurlayıb dedilər ki, hakim partiyaya səs ver qaytaraq"

Seçici: "qoyunlarımı oğurlayıb dedilər ki, hakim partiyaya səs ver qaytaraq"
9 Oktyabr 2017
Mətni dəyiş

Gürcüstanın Dmanisi rayonundakı İrqançay kənd sakinlərini yerli seçkilər ərəfəsində hakim “Gürcü arzusu” partiyasına səs vermək üçün Qurana and içmək və özlərinin 41 saylı seçki məntəqəsini qeyd ertməyi təklif edirmişlər.

Bu barədə oktyabrın 29-da Azadlıq Radiosunun “Exo Kavkaza” layihəsi “Quruculuq hərəkatı” partiyasına istinadla məlumat yayıb.

Ədliyyə naziri Teya Tsulukiani Qurana andiçmə faktını təsdiqləyib.

Onun sözlərinə görə, bir sıra bələdiyyə komitələrində hələ də problemlər var, bir sıra adamlar seçiciləri qurana and içərək bu və ya digər partiyalara səs verməyə məcbur edirlər.

“İnterpressnews”-un məlumatına görə, ATƏT-in müşahidəçilər missiyasının nümayəndələri bu xəbərdən sonra Dmanisiyə yollanıblar.

“Mənim 63 qoyunumu oğurlayıb və qələbədən sonra qaytaracaqlarını vəd ediblər. Amma bundan əvvəl “Gürcü arzusu” partiyasına səs vermək üçün Qurana and içməyə məcbur elədilər. Mənsə razılaşmadım. Əvvəlcə qoy qoyunlarımı qaytarsınlar, sora isə səs verim” yerli sakinlərdən biri “Rustavi 2” kanalına deyib.

Yerli sakinlərin sözlərinə görə, andiçədən imtina edəndə partiyanın yerli liderləri adamları sosial yardımları kəsməklə hədələyirlər.

Amma “Gürcü arzusu” partiyasının Dmanisi şöbəsi deyilənləri rədd edir və bunu siyasi rəqiblərin təxribatı adlandırır.

Gürcüstanın Dmanisi rayonunda əsasən azərbaycanlılar yaşayır.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun