Oktyabrın 18-də prezident İlham Əliyevin sərəncamı ilə Nizami Hüseyn oğlu Nadirov və Şaitdin Sərdar oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.
Mükafatlandırılanlar ordeni Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə alıb.
Hər iki şəxs Mərkəzi Seçki Komissiyasının üzvüdür. Şaitdin Əliyev həm də keçmiş deputatdır.
O, 1991-ci ilin 18 oktyabrında Ali Sovetin sessiyasında qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına səs verməyən şəxslərdəndir.
Həmin gün deputatlardan 43-ü Müstəqillik Aktının lehinə, 31-i əleyhinə səs verib, 5 nəfər isə bitərəf qalıb.
Şaitdin Əliyev səs vermədiyi Müstəqillik Aktının 26-cı ildönümündə mükafatlandırılıb.