Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Abzas.net xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti məlumat verib.
Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq.
Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 20-24° isti, Bakıda gecə 13-15°, gündüz 21-23° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14°, gündüz 20-25° isti, dağlarda gecə 5-10°, gündüz 14-19° isti olacağı gözlənilir.