“Sabah” qəzeti Qarabağ haqda: "Futbol tarixində ən əzik, ən fakir, ən gülməli  görüntü"

“Sabah” qəzeti Qarabağ haqda: "Futbol tarixində ən əzik, ən fakir, ən gülməli  görüntü"
21 Oktyabr 2017
Mətni dəyiş

Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel "Qarabağ" - "Atletiko" oyununda azarkeşlərin hazırladığı plakatı təhqir edib.

Abzas.net xəbər verir ki,  bununla bağlı o  “Ezik kareoqrafi"  adlı yazısında  tərəfdarların A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli  görüntü adlandırıb.

Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olub.  Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aparılıb. Bundan sonra Tezelin yazısı qəzetin saytından silinib.

Məsələ ilə bağlı qəzetin redaktoru açıqlama verib. Baş redaktor İsa Tatlıcan  qeyd edib ki, yazı saytdan silinib: "Bu yazı köşə yazarının şəxsi fikirləri idi və tənqidlərdən sonra saytımızdan silinib".

O, müəllifin bu barədə geniş açıqlama verəcəyini qeyd edib: "Biz köşələrə qarışmırıq. Mevlut Tezel özü geniş açıqlama verəcək. Onun yerinə danışmağım düzgün olmaz".

Millət vəkili Qənirə Paşayeva da sosial şəbəkədə yazarın sözügedən köşəsini qınayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun