Kiyevdə - Ali Radanın binası yaxınlığında "xalq veçesi" keçirilir.
Bu toplantını Gürcüstanın keçmiş prezidenti, Ukraynanın keçmiş qubernatoru Micheil Saakashvili keçirir.
Toplantıda yüzlərlə insan iştirak edir.
"Yeni qüvvələrin hərəkatı"nın lideri M.Saakashvili-nin toplantı iştirakçıları qarşısında çıxışı və prezident Poroshenko-ya bir sıra tələblər irəli sürməsi gözlənir.
Saakashvili-nin tələbləri bunlardır:
- İmpiçment haqda qanun qəbul edilsin.
- Tariflər dondurulsun.
- Növbədənkənar prezident və parlament seçkiləri keçirilsin.
- Odlu silah leqallaşdırılsın.
- Rusiya ilə diplomatik əlaqələr kəsilsin.
- Oliqarxları səhmləri müsadirə edilsin.
- Separatçıların nəzarətində olan ərazilərdə vətəndaşların seçici hüquqları məhdudlaşdırılsın.
Toplantı iştirakçılarına tələblərin yer aldığı vərəqələr paylanıb.
"Xalq veçesi"ni 700-cən polis əməkdaşı və Milli qvardiya əsgəri izləyir.