Rusiyada məşhurlar sırasına gənc bir polis qatılıb.
“Qafqazinfo”nun məlumatına görə, bu, Sankt-Peterburqda yaşayan leytenant Artemdir, onun 23 yaşı var.
O, 60 min izləyicisinin olduğu İnstaqram hesabında gəzintilərdə, vaxtını keçirdiyi kafe və restoranlarda çəkdirdiyi fotoları paylaşır.
Artemi sosial şəbəkədə izləyənlərin əksəriyyəti isə ona həmişə tərif və sevgi dolu şərhlər yazan qadınlardır.