Rusiyada jurnalist redaksiyada bışaqlanıb.
Abzas.net xəbər verir ki, “Exo Moskvı” radiostansiyasının redaksiyasında baş redaktor müavini Tatyana Felgenhauer naməlum şəxs tərəfindən bıçaqlanıb.
Həmin şəxs redaksiyaya girərək bıçaqla jurnalistə hücum edib.
Jurnalist dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, hal-hazırda onun həyatına təhlükə yoxdur.
Hücum edən şəxs saxlanıb.
"Exo Moskvı"-nın baş redaktoru Aleksei Venediktov bildirib ki, hazırda redaksiyada polis əməkdaşları var.