Rusiyanın Vladimir vilayətində avtobus qatarla toqquşub.
Abzas.net xəbər verir ki, qəza Rusiyanın Vladimir vilayətinin Petuşinski rayonunda yerləşən Pokrov dəmiryolu stansiyası yaxınlığında baş verib.
Kazaxstandan gələn və içində 56 nəfər Özbəkistan vətəndaşını daşıyan avtobus Sankt Peterburq-Nijni Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə toqquşub.
Son məlumatlara görə, hadisə nəticəsində 21 nəfər ölüb, 15 nəfər müxtəlif növ xəsarət alıb.
Ölənlərin sayının artacağı istisna olunmur.