"Rosneft" muxtar Kürdistan regionu ilə 400 milyon dollarlıq saziş imzalayıb

"Rosneft" muxtar Kürdistan regionu ilə 400 milyon dollarlıq saziş imzalayıb
19 Oktyabr 2017
Mətni dəyiş

Rusiyanın dövlət neft şirkəti "Rosneft" İraqın muxtar Kürdüstan regionu ilə dəyəri 400 milyon dollar olan hasilatın pay bölgüsü sazişi imzaladığını bəyan edib.

Bu bəyanat 18 oktyabr tarixində verilib.

Ötən ay Kürdüstan Regional Hökumətinin keçirdiyi kürd müstəqillik referendumu Bağdad hökuməti tərəfindən rədd edilib.

Bundan başqa İraq qoşunları ölkənin şimalına yürüş edərək Kərkük neft rayonunu kürdlərdən geri alıb. Kürdüstan Regional Hökumətinin neft-qaz ixracatının yarısı Kərkük mədənlərinin payına düşür.

Kürdüstan Regional Hökuməti etirazlara baxmayaraq Kərkük bölgəsini də kürd müstəqilliyi referendumunun keçirildiyi əraziyə qatmışdı.

Rosneft bildirib ki, hasilatın pay bölgüsündə 80 faizin əldə edilməsi məqsədilə 400 milyon dollar ödəyir.

Rosneft bildirir ki, hasilatın bərpa edildiyi beş blok “xəsis” qiymətləndirməyə görə 670 milyon barrel neft verə bilər.

Rusiya ilə kürd muxtar regionu arasında imzalanmış sazişə habelə birgə axtarış-kəşfiyyat qazma işləri də daxildir. Rosneft bildirib ki, onun əldə etdiyi hasilat bloklarının inkişaf etdirlməsinə, hər şey plan üzrə gedərsə, 2021-ci ildə başlanacaq.

İraq hökuməti ilə Ərbil arasındakı siyasi qarşıdurmaya gəlincə isə, Moskva bu məsələdə heç kimin tərəfini saxlamayacağını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun