Qoşunların təmas xəttində monitorinq keçirilib: insident baş verməyib

Qoşunların təmas xəttində monitorinq keçirilib: insident baş verməyib
25 Oktyabr 2017
Mətni dəyiş

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 25-də Füzuli rayonu Horadiz kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

Abzas.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Micheil Olaru və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Aleksander Nepotkritih keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndə Anjey Kasperchik, onun səhra köməkçiləri Ognen Jovich, Martin Shuster və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Patrik Farrelli keçiriblər.

Monitorinqin insidentsiz başa çatdığı bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun