Oktybarın 15-i Qırğızastanda prezident seçkiləri keçirilib.
Abzas.net xəbər verir ki, ölkənin hakim partiyasının namizədi olan Sooronbay Jeenbekov Qırğızıstanın yeni prezidenti seçilib.
Qırğızıstan Mərkəzi Seçki Komissiyası məlumatına görə, seçkidə iştirak edən 1 mln. 692 min seçicidən 917 mini Sooronbay Jeenbekov-a səs verib.
Qırğızstan prezidenti olmaq üçün 51 faiz səs toplamaq lazımdı. Jeenbekov isə ümumi səslərin 55 faizini toplayıb.
İkinci yeri səslərin 33 faizini toplayan Jeenbekov-un əsas rəqibi Omurbek Babanov-un tutduğu bildirilir.