Prokuror Çovdarovun işində ittihamdan qismən imtina edib

Prokuror Çovdarovun işində ittihamdan qismən imtina edib
13 Oktyabr 2017
Mətni dəyiş

“MTN işi” üzrə təqsirləndirilənlər – general Akif Çovdarov və əməkdaşları polkovnik Səlim Məmmədov, Akif Əliyev, Orxan Osmanovun cinayət işi üzə keçirilən məhkəmədən yeni maraqlı məlumat ortaya çıxıb.

Abzas.netin verdiyi xəbərə görə, dövlət ittihamçısı Vüqar Quliyev adıkeçən şəxslərə cəza istəyərkən mülki iddiaların bir qismini müdafiə etməyib.

Bu barədə S.Məmmədovun vəkili Cavid Rzazadə feysbuk hesabında məlumat paylaşıb.

V.Quliyev Baş Prokurorluq tərəfindən irəli sürülən ittihamda mənəvi zərərin vurulması ilə hissənin məhkəmədə sübuta yetirilmədiyini deyib və təmin edilməməsini istəyib. İttihamda zərərçəkmiş şəxslərdən 16 nəfəri yalnız mənəvi olaraq zərər çəkdiyi qeyd olunub. Belə ki, ittihamçı onların zərərçəkmiş olmasının sübuta yetirilmədiyini açıqlayıb. Vəkil qeyd edib ki, dolayısı ilə bu hal ittihamdan qismən imtina hesab olunmalıdır.

Yaxın günlərdə adıçəkilən şəxslərə hökm oxunması gözlənilir. Hazırda məhkəmə müşavirədədir. Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun