Prezidentin köməkçisi “Euronews” kanalını günahlandırdı

Prezidentin köməkçisi “Euronews” kanalını günahlandırdı
26 Oktyabr 2017
Mətni dəyiş
“Euronews bir neçə gün bundan əvvəl Myanmada baş verən hadisələri “müasir zamanın ən böyük qaçqın böhranı” adlandırdı. Bu çox yaxşıdır və düzdür”.

"Ölkə.Az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Facebook" səhifəsində yazıb.

N.Məmmədov “Euronews” telekanalının Azərbaycandaklı qaçqaın böhranına diqqət ayırmamaqda günahlandırıb.

“Amma Avropada özlərini ən çox baxılan, tarazlı, neytral, müstəqil və ədalətli hesab edən kanal Azərbaycanda 1980-ci illərin sonu və 90-cı illərin əvvəllərində baş vermiş qaçqın böhranı (bir milyondan artıq insan) haqda bir dəfə də olsun belə fikir söyləməyib”, - deyə N.Məmmədov vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun