Oktyabrın 23-ü gecə Bakıdan Şirvana qatarla aparılan iki məhbus Biləcəri stansiyasında qaçıb. Polis hazırda qaçan məhbusların axtarışı ilə məşğuldur.
Abzas.net xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti açıqlama yayıb.
Məlumatda deyilir ki, Bakı-Astara-Bakı planlı dəmiryolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan iki məhbus qaçıb.
"1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış Əli Rasim oğlu Ağami müşayiət altından qaçıb".
Məlumatda deyilir ki, Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarına təqsirləndirilən şəxslər E.Məmmədov və Ə. Ağami barəsində müvafiq məlumatlar təqdim edilib.
Faktla bağlı Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.
Axtarış tədbirləri davam etdirilir.