Avropa Şurası Parlament Assambleyasının (AŞPA) keçmiş prezidenti Pedro Agramunt-a Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının (RANXiQS) fəxri doktoru adı verilib.
Məlumata görə, Agramunt RANXiQS-in fəxri doktor adını alan ilk ispan olub.
Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski "Facebook" sosial şəbəkəsindəki səhifəsində Agramunt-la dostluğu ilə fəxr etdiyini yazıb: "Agramunt Rusiya-İspaniya münasibətlərinə böyük töhfə verib. Lakin bu, ən başlıcası deyil. Agramunt böyük cəsarətə malik insandır. AŞPA prezidenti olduğu zaman Suriyaya getməkdən qorxmamışdı. Hmeymim hərbi bazamızda olan zaman Rusiya Müdafiə Nazirliyinin unikal nəticələr əldə etdiyini bildirmişdi. Fikrimcə, Agramunt yaxşı başa düşürdü ki, AŞPA-dakı anti-Rusiya qüvvələri bu addımına görə onu bağışlamayacaqlar və onu vəzifəsindən uzaqlaşdırmağa çalışacaqlar. Bir müddət öncə bu, baş verdi. Lakin Pedro Agramunt Rusiyanın Suriyadakı fəaliyyəti barədə həqiqətləri bilməyə və danışmağa üstünlük verdi. Bəli, o, yüksək vəzifəsindən mərhum oldu, lakin onun sayəsində milyonlarla avropalı Rusiyaya təbliğatçı şablonlarsız baxdı”.
Pedro Agramunt oktyabrın 6-da AŞPA prezidenti vəzifəsindən istefa verib. Onun səlahiyyət müddəti 2018-ci ilin yanvarında baş çatırdı.