Novruz Məmmədov: “AŞPA-da oturanlar özlərini inkvizisiya məhkəməsinin üzvləri kimi aparır”

Novruz Məmmədov: “AŞPA-da oturanlar özlərini inkvizisiya məhkəməsinin üzvləri kimi aparır”
12 Oktyabr 2017
Mətni dəyiş

“Uzun müddətdir ki, AŞPA bir qurum kimi Azərbaycana münasibətdə haqsızlığı və qəddarlığı ilə təəccüb və təəssüf doğurur”.

N.Məmmədov AŞPA-nın hansısa dairələrin maraqlarına xidmət etdiyi təəssüratının yarandığını qeyd edib.

“Belə təəssürat yaranır ki, AŞPA Avropanın maraqlarına yox, hansısa şəxslərin və dairələrin maraqlarına xidmət nümayiş etdirmək üçün çalışır. AŞPA-da oturanların bəziləri özlərini az qalsın inkvizisiya məhkəməsinin üzvləri kimi aparır və vəzifələrini cəza müəyyən etməkdə görürlər. Məgər AŞPA-da belə siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər? Əgər AŞPA hesab edirsə ki, onun əsas missiyası tərəfdarlarına cəza müəyyən etməkdir, özünün heç bir öhdəliyi yoxdur, onda bu qurum kimə və nəyə lazımdır”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanla bağlı iki qətnamə səsverməyə qoyulub və qəbul edilib. Qətnamələrdə, Azərbaycanda insan hüquqlarının vəziyətinin yaxşı olmaması, AŞPA-nın qəbul etdiyi qərarların icra edilməməsi vurğulanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun