Nobel Sülh mükafatına Nüvə Silahının Ləğv Edilməsi üzrə Kampaniya layiq görülüb

Nobel Sülh mükafatına Nüvə Silahının Ləğv Edilməsi üzrə Kampaniya layiq görülüb
6 Oktyabr 2017
Mətni dəyiş

2017-ci il Nobel Sülh mükafatının sahibi məlum olub.

Abzas.net xəbər verir ki, 2017-ci il Nobel Sülh mükafatına Nüvə Silahının Ləğv Edilməsi üzrə (İCAN) Beynəlxalq Kampaniya layiq görülüb.

Kampaniya, "nüvə silahının istifadəsi nəticəsində əmələ gələn katostrofik humanitar nəticələrə diqqətin cəlb edilməsi sahəsində gördüyü işlərə" görə bu mükafata layiq görülüb.

Bundan əlavə Nobel komissiyası vurğulayıb ki, kampaniya bu silahın ləğv edilmısinə dair razılaşmanın imzalanmasına nail olub.

Nüvə silahının ləğv edilməsinə dair razılaşma 7 iyul 2017-ci ildə BMT-nin Nyu-Yorkda yerləşən qərargahında əldə olunub. İndiyədək bu razılaşmanı 53 ölkə imzalayıb.

Nüvə silahına sahib heç bir ölkə bu razılaşmaya imza atmayıb.

Press-relizdə qeyd edilir ki, ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin artıq öz nüvə ehtiyyatlarını tədricən azaltmağa razılaşıblar.

Nüvə Silahının Ləğv Edilməsi üzrə Kampaniya 2007-ci ildə Dünya Həkimləri təşkilatı tərəfindən nüvə müharibəsinin qarşısını almaq məqsədilə yaradılıb. Dünya Həkimləri təşkilatı bundan əvvəl, 1985-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun