NİDA siyasi məhbus Elgiz Qəhrəmanla bağlı kampaniya keçirir

NİDA siyasi məhbus Elgiz Qəhrəmanla bağlı kampaniya keçirir
31 Oktyabr 2017
Mətni dəyiş

NİDA Vətəndaş Hərəkatı həbsdə olan üzvü Elgiz Qəhrəmanla bağlı kampaniya keçirir.

Abzas.net xəbər verir ki, bu barədə NİDAnın İdarə Heyəti üzvü Məsud Əsgər məlumat verib.

Məsud Əsgər bildrib ki, NİDA siyasi məhbus Elgiz Qəhrəmanın doğum günü münasibətilə "Elgizi təbrik edin" adlı məktub kampaniyası keçirir.

Kampaniya Elgizin doğum günü, 1 noyabr gecəyə qədər davam edəcək.

Kampaniyada iştirak etmək istəyənlər  (https://docs.google.com/forms/d/19YsH4PYqBLmqvBP2OnkYVzGFJAgRQnh3H69soq4oZ78/viewform?edit_requested=true) linkinə keçməklə Elgizi təbrik edə bilər.

Xatırlatma

Elgiz Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib.
Siyasi məhbus bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Həmin müddətdə vəkili yanına buraxılmayıb.
E.Qəhrəman yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib.
Fəalın həm özü, həm də üzvü olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivli olduğunu bildirib.
Beynəlxalq Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun