Nəcməddin Sadıkov Vaşinqtonda baş qərargah rəislərinin görüşündə iştirak edib.
Abzas.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Vaşinqton şəhərində Baş Qərargah rəisləri səviyyəsində keçirilən “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda keçirilən görüşdə iştirak edib.