Müxalitəfin mitinqində iştirak edən tanınmış aktyor işdən çıxarılıb

Müxalitəfin mitinqində iştirak edən tanınmış aktyor işdən çıxarılıb
18 Oktyabr 2017
Mətni dəyiş

Əməkdar artist Ayşad Məmmədov Akademik Milli Dram Teatrındakı işindən azad olunub.

Teatrdan APA-ya verilən məlumata görə, aktyor işdən öz ərizəsi əsasında çıxarılıb.

“Aktyor bu barədə teatr rəhbərliyinə müraciət edib və rəhbərlik onun istəyini qəbul edib. Ayşad Məmmədovla bağlanmış əmək müqaviləsinə xitam verilib”, - deyə teatrdan bildirilib.

Ayşad Məmmədov 7 oktyabrda Bakıda baş tutan "Monarxiyaya yox!" mitinqində iştirak edib. Daha sonra aktyorun işdən çıxarılması ilə bağlı məlumat yayılsa da, təsdiqin tapmamışdı. Milli Şuranın mitinqində Ayşad Məmmədovla birlikdə tanınmış aktyorlar Abbas Qəhrəmanov və İlqar Cahangir də iştirak etmişdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun