Müsavat Partiyası: "Yürüş keçirilməyəcək"

Müsavat Partiyası: "Yürüş keçirilməyəcək"
19 Oktyabr 2017
Mətni dəyiş

Müsavat Partiyasının 21 oktyabr yürüşü ilə bağlı qərarını açıqlayıb.

Abzas.net xəbər verir ki, qərara alınıb ki, yürüş keçrilməsin.

Qərarda sərbəst toplaşmaq azadlığı uğrunda mübarizənin bundan sonra da hüquqi və siyasi müstəvidə davam etdiriləcəyi bildirilib.

Müsavat Partiyası oktyabrın 21-nə yürüş təyin etmiş, aksiyanın keçirilməsinə razılıq verilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etmişdi.

Bundan sonra Bakı polisi Müsavat partiyasına xəbərdarlıq edib bildirmişdi ki, Bakı meri ilə razılaşdırılmamış hər hansısa bir yürüş baş tuta bilməz, polis müdaxilə edəcək.

Oktyabrın 19-u Bakı Şəhər İcra Hakimiyyəti Müsavar partiyasına yürüş üçün razılıq verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun