Azərbaycanın müdafiə naziri Zakir Həsənov Belarusiyaya səfər edəcək.
Abzas.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Zakir Həsənov Belarusiyanın müdafiə naziri Andrei Ravkov-un dəvəti ilə oktyabrın 8-də Minsk şəhərinə yola düşəcək.
Rəsmi səfər çərçivəsində Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, hərbi sənaye kompleksinə daxil olan müəssisələrin ziyarət olunması nəzərdə tutulub.
Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.