Monqolustan prezidentinin korteji piyadalara yol vermәk üçün qırmızı işıqda dayanıb. Müxalifәtdәn namizәd olan Battulqa bu ilin yayında ikinci turda 50,6% sәslә prezident seçilib.
Qeyri-adi hadisәnin şәkillәri sosial şәbәkәlәrdә yayılıb vә istifadәçilәrin heyrәtinә sәbәb olub. Daha әvvәl ölkә başçılarından heç biri sadə vәtәndaşlara yol vermәk üçün yolda dayanmayıb. Bәzi şәrhlәrdә bunu “gözlәnilmәz addım”, “layiqli siyasәtçi” adlandırıblar.
Yeni prezident yol hәrәkәti qaydalarına hörmәtlә yanaşır. Oktyabrın әvvәlindә onu piyada keçidindәn keçәrkәn görüntülәmişdilәr. Battulqa vә mühafizәçilәri yaşıl işığın yanmasını gözlәmişdilәr.
Battulqa parlamentdә azlıq tәşkil edәn Demokratik partiyanın namizədi idi 7 iyul Monqolustanda keçirilәn prezident seçkilәrinin ikinci turunda qalib gәlib. Ölkәnin müasir tarixindә ikinci tur seçkilәr birinci dәfә keçirilirdi.