Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə müsbət cavab verib.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vahid Məhərrəmli Abzas.netə bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqə razılıq verib.
Mitinq oktyabrın 7-də, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") baş tutacaq.
Milli Şuranın sonuncu mitinqi sentyabrın 23-də keçirilib.