Milli Şuranın mitinqi baş tutub [fotolar]

Milli Şuranın mitinqi baş tutub [fotolar]
28 Oktyabr 2017
Mətni dəyiş

Oktyabrın 27-si Milli Şura "Məhsul" stadionunda etiraz mitinqi keçirib.

Abzas.net xəbər verir ki, hakimiyyət tərəfindən ölkədən çıxarılan 3.2 milyard manata, korrupsiyaya, rüşvətə, mediaya və fəallara qarşı olan basqılara, siyasi məhbus probleminə etiraz məqsədilə keçirilən mitinq BŞİH-lə razılaşdırılmışdı.

Mitinqdə aparıcılıq edən AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn bildirib ki, ən böyük qasırğalar Aəzrbaycanda olur:

“Bizə televiziyalarda Avropadakı daşqınları, Yaponiyadakı sünamiləri, ABŞ-dakı qasırğaları, meşə yanğınlarını göstərməyin. ABŞ o meşə yanğınlarının altından çıxacaq. Siz burdakı qasırğaların qarşısını alın. Korrupsiyadan, hüquqsüzluqdan, represiyalardan böyük qasırğa varmı?”

Hüquq müdafiəçisi Oktay Gulaliyev çıxışında deyib ki, ölkədə söz azadlığı təmin edilmir:

“Müstəqil, tənqidçi saytlara giriş bloklanıb. Ölkədə 160-dan artıqsiyasi məhbus var. Onların 20-yə yaxını jurnalist və bloqqerdir. Azərbaycan siyasi məhbusların sayına görə, Avropada liderdir.”

Aksiyanın keçirildiyi ərazidə internetin sürətində problem yaranıb. KİV-lər canlı yayım verə bilməyiblər

Milli Şuranın bundan öncəki, oktyabrın 7-də keçirilən aksiyasında da eyni problem meydana çıxmışdı.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun