“Bütün bu qәddarlıqlar hakimiyyәtin beynәlxalq alәmdәn vә daxildәn aldığı ağır zәrbәlәrin yaratdığı psixoloji pozğunluqla әlaqәlidir”
Abzas.net xəbər verir ki, Milli Şura siyasi məhbuslara həbs yerlərində işgəncə verilməsi hallarına etirazını bildirən bəyanat qəbul yayıb.
Sənəddə deyilir ki, Azәrbaycan hakimiyyәti ölkәdә ciddi siyasi mәhbus problemi yaratması azmış kimi, indi dә siyasi mәhbusların hәyatına qәsd etmәklә mәşğuldur.
"Siyasi mәhbusların hәbs yerlәrindә ağır işgәncәlәrә vә fiziki zorakılıqlara mәruz qalması haqda son günlәrdә ardıcıl xәbәrlәr gәlmәkdәdir".
"Qandalla çarmıxa çәkәrәk bayılana qәdәr vurublar"Bəyanatda bildirilir ki, siyasi mәhbuslar, keçmiş müstәntiq Rüfәt Sәfәrov vә jurnalist Cavid Şirәliyev saxlandıqları 9 saylı cәzaçәkmә müәssisәsindә qәddarlıqla döyülüblәr.
"Şәxsәn müәssisәnin rәis müavini Azәr Bağırzadәnin iştirakı vә rәhbәrliyi altında bu siyasi mәhbusları qandalla çarmıxa çәkәrәk bayılana qәdәr vurublar. Onların hәr ikisi müxtәlif dәrәcәli xәsarәtlәr alıb, onlara baş çәkәn Qırmızı Xaç Komitәsinin nümayəndәlәri dә xәsarәtlәri tәsbit edib. Mәhz “Qırmızı Xaç”ın müdaxilәsilә Cavid Şirәliyev müalicә müәssisәsinә köçürülüb, Rüfәt Sәfәrovun da köçürülәcәyi gözlәnilir".
Milli Şura bildirir ki, bundan başqa, siyasi mәhbus Taleh Bağırzadәnin tәrәfdarlarından daha iki nәfәr mitinqlərin təşkilində fəal rol aldıqlarına görə bugünlәrdә saxlanılaraq, saxta ittihamla 30 sutkalıq inzibati hәbsә mәhkum ediliblәr.
Fəalların bədəninə elektrik cərəyanı verilib"Rәvan İsmayılov vә Samir Babyev adlı bu fәallar mәhkәmәnin inzibati hәbs qәrarından sonra Sabunçu Rayon Polis İdarәsinә aparılıb, orada idarә rәisinin vә rәis müavininin şәxsәn iştirakı ilә ağır işgәncәlәrә mәruz qalıblar. Onların bәdәninә elektrik cәrәyanı verilib".
Sənəddə deyilir ki, başqa bir inanclı fәal Әhsәn Nuruzadә dә faktiki oğurlanaraq, saxta ittihamla hәbs edilәrkәn DİN-in Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә İdarәsindә (“bandotdel”) ağır fiziki vә mәnәvi işgәncәyә mәruz qalıb.
O, buna qәdәr bir neçә dәfә saxlanaraq qurama ittihamla inzibati hәbsә mәruz qalıb, ondan açıq şәkildә Taleh Bağırzadә vә başqa Nardaran mәhbuslarını müdafiә etmәkdәn geri çәkilmәyi, Milli Şuranın mitinqlәrinә təşkilatçılıq etməməyi tәlәb edib, әks halda uzun müddәtә hәbs olunacağı ilә hәdәlәyiblәr.
Nidaçı məhbusların həyatına təhlükə yaradılır"Әhsən Nuruzadә bu qanunsuz tәlәblәrә mәhәl qoymadığı üçün axırda “bandotel” vasitәsilә şәrlәnәrәk hәbs edilib vә qәribәdir ki, onun barәsindә açılan saxta cinayәt işinin istintaqını da “bandotel” aparır. Hazırda Kürdәxanıdakı istintaq tәcridxanasında saxlanılan Ә.Nuruzadәyә “bandotdel”dә ağır işgәncәlәr verilib".
Bəyanatda bildirilir ki, siyasi mәhbuslardan daha biri, Heydәr Әliyevin heykәlinә şüar yazdığı üçün 10 il müddәtinә azadlıqdan mәhrum edilәn NİDA üzvü Bayram Mәmmәdov da hәbs yerindә mәnәvi-fiziki işgәncәyә, pis rәftara mәruz qoyulur, hətta həyatına təhlükəyaradılır.
"Bayram Məmmədov məruz qaldığı qeyri-insani rəftara etiraz olaraq, digәr iki NİDA-çı siyasi məhbusla – İlkin Rüstәmzadә vә Elgiz Qәhrәmanla birlikdә aclıq aksiyası keçirməyə mәcbur olub".
"Dustaqlara işgәncә verәn hәr kәs mәsuliyyәtә cәlb olunsun"Milli Şura bildirir ki, bütün bunlara qәdәr isә Azәrbaycan ictimaiyyәti hәbs yerlәrindә bir neçә başqa tanınmış siyasi mәhbusun fiziki zorakılığa mәruz qaldığı xәbәrini dә alıb. Bu da hakimiyyәt orqanlarının mәhz müstәqil vә müxalif mövqelәrinә görә şәrlәyib həbs etdiyi insanlara qarşı hәbs yerlәrindә dә düşmәnçilik etdiyini göstәrir.
"İndiyәdәk dәfәlәrlә ölkәyә sәs salmış belә vandallıq faktları qarşısında aidiyyatı üzrә rәsmi qurum vә şәxslәrin susqunluq göstәrmәsi isә ona dәlalәt edir ki, baş verәnlәrin arxasında әn yüksәk sәviyyәli hakim iradә dayanır".
Milli Şura siyasi mәhbusların hәyatını tәhlükә altına alan bu inzibati zorakılığı qәtiyyәtlә pislәyir vә onun dayandırılmasını, dustaqlara işgәncә verәn hәr kәsin mәsuliyyәtә cәlb olunmasını tәlәb edir.
"3 milyard"dan yayındırmağa ümid edirMilli Şura hesab edir ki, bütün bu qәddarlıqlar hakimiyyәtin beynәlxalq alәmdәn vә daxildәn aldığı ağır zәrbәlәrin yaratdığı psixoloji pozğunluqla әlaqәlidir vә әn yüksәk sәviyyәdә sanksiyalaşdırılıb.
"Hakimiyyәt Milli Şuranın tәşkil etdiyi çoxminlik mitinqlәrlә ifadə olunan ictimai etirazın vә hәr gün yaxınlaşan, hәtta şәxsәn İlham Әliyevi dә hәdәf alan beynәlxalq sanksiyaların ağırlığını hiss etdikcә daxili nifrәt vә qәzәbi artır, öz hikkәsini girovluğundakı siyasi mәhbuslara işgәncә vermәklә söndürür".
Sənəddə deyilir ki, hakimiyyәt bu anti-insani hәrәkәtlәrlә hәm dә ölkә gündәmini dәyişmәyә, ictimai diqqәti özünün әn son üstü açılmış 3 milyardlıq oğurluğundan vә Milli Şuranın tәşkil etdiyi ümumxalq mitinqlәrindәn yayındırmağa, nәhayәt, hansısa tәbәqәlәrdә qorxu yaratmağa ümid edir.
Siyasi məhbusların azadlığı prioritet tələblər sırasında olacaqMilli Şura bәyan edir ki, hakimiyyәtin qanunsuz vә xalqa zidd әmәllәrinin ifşası heç bir halda dayandırılmayacaq. Faktiki girov götürülmüş siyasi mәhbusların hәr birinin durumu vә taleyi dә daim diqqәtdә olacaq.
"Milli Şura bütün siyasi mәhbusları bundan sonra da әn yüksәk hәssaslıqla müdafiә edәcәk, onların azadlığı prioritet tәlәblәr sırasında qalacaq. Milli Şuranın 23 sentyabr vә 7 oktyabr mitinqlәrindә olduğu kimi, 28 oktyabr mitinqindә dә başlıca tәlәblәrdәn biri siyasi mәhbusların qeyd-şәrtsiz azad edilmәsi olacaq".