Bu gün, oktyabrın 7-si Demokratik Qüvvələrin Milli Şurası “Talana yox” şüarı ilə mitinq keçirir.
(Yenilənən məlumatlar yazının yuxarı hissəsində)
Mitinq Milli Şuranın sədri Cəmil Həsənlinin çıxışı ilə yekunlaşıb. Keçmiş prezidentliyə namizədin çıxışını təqdim edirik:
DİN: “Mitinqə 1200 nəfər gəlib”
Bakı şəhər Baş Polis İdarəsi Milli Şurasının aksiyası ilə bağlı məlumat yayıb.
İdarədən APA-ya bildirilib ki, oktyabrın 7-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda şəhər rəhbərliyi ilə razılaşdırılmış mitinqi keçirilib.
Bakı polisinin məlumatına görə, aksiyada ümumilikdə 1200 nəfər şəxs iştirak edib.
Məlumatda sonda da bildirir ki, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
Ancaq təşkilatçılar bildirirlər ki, Bakı polisi aksiyaya gələnlərin sayını bilərəkdən dəfələrlə kiçildib. Onlar deyirlər ki, aksiyaya deyilən rəqəmdən dəfələrlə çox etirazçı qatılıb.
Əli Kərimli: “Azərbaycan hökuməti gənclərdən qorxur”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)sədri mitinqdəki çıxışına belə başlayıb.
O, bundan evvəlki mitinq ərəfəsində saxlanan, inzibati qaydada həbs edilən cəbhəçilərdən danışıb.
“Bizim mitinqin aparıcısı İlham Hüseyni, əvvəlki mitinqdə çıxış etməli olan Emil Səlimovu, bu gün çıxış etməli olan başqa bir gənci həbs ediblər. Amma bundan əvvəllər də onlarla parlaq azərbaycanlı gənclərini həbsə doldurublar. Biz bütün Azərbaycan gəncliyinə azadlıq istəyirik”.
Əli Kərimli bildirib ki, hökumətin əsas hədəfi təşkilatçılardır.
“Etiraz edənlərin qarşısını heçnə ilə ala bilməzlər. Elin güçü selin gücüdür. Bizim təşkilatçılar da qorxmazdır, onları qorxutmaq olmaz”, deyən Ə.Kərimli Milli Şuranın sentyabrın 23-də keçirdiyi mitinqində saxlanan gənclərin bir çoxunun sərbəst buraxıldığını, onların meydanda olduğunu bildirib və həmin şəxsləri salamlayıb.
[embed]https://www.youtube.com/watch?v=ZDSXsASa8Mo&feature=youtu.be[/embed]“Biz xalqın təpəri ilə bu ölkədə haqsız yerə həbs edilmiş hər bir kəsin azadlığına nail olacağıq. Onlar da gəlib millətə təşəkkür edəcəklər”, Ə.Kərimli bildirib.
Onun sözlərinə görə, etiraza qalxan insanların əsas tələbi xalqın milyonlarını oğurlayıb, ofşor hesablara köçürənlərə dur deməkdir. O, vurğulayıb ki, körpə, əlil, qazi, ahıl malı yeyənlər, kimsəsizin son tikəsini ağzından oğrulayanlar bunun cəzasını çəkəcəklər.
Ə.Kərimli Azərbaycan hökumətini sərt tənqid edib.
“Hökumətin bu günkü siyasəti təhlükəlidir. Təkcə bizdən ötrü yox, bir çox başqa ölkələr üçün də təhlükəli hesab olunur. Onlar hesab edirlər ki, burdan dünyaya korrupsiya virusu yayılır. Azərbaycan üçün bu təhlükə ikiqatdır”, Ə.Kərimli bildirib.
***
Müxalifətin bundan əvvəlki mitinqləri internet üzərindən canlı yayımlanıb.
Ancaq bu gün, oktyabrın 7-si mitinq keçirilən ərazidə internetin zəif olması səbəbindən aksiyanın sosial şəbəkələr üzərindən yayımı çətinləşib.
"Ən narahatlıq doğuran məsələ odur ki, internetin sürətini tam aşağı salıblar. Halbuki, hökumət xalqın 300 milyonun xərcləyib kosmosa peyk buraxnda iddia edirdi ki, bu, ən yüksək səviyyədə internet təminatından ötrünəzərdə tutulur".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Nurəddin Məmmədli mitinq öncəsi belə deyib.
O, digər rabitə vasitələrinin işləməsində də eyni problemlərin yaşandığını ifadə edib.
"Bu gün mitinq qorxusu hakimiyyəti elə duruma çatdırıb ki, faktiki olaraq hazırda internetdən istifadə mümkün deyil. Eyni zamanda müxtəlif rayonlarda hüquq mühafizə qurumlarının mitinqə getmək istəyənlərə basqıları olub. Ancaq ədalət naminə qeyd etmək istərdim ki, bu dəfə əvvəlkindən fərqli olaraq, müxalifətçilərə daha yumşaq davranırlar".
N.Məmmədlinin bildirdiyinə görə, bu mitinq öncəsi cəmi 5 cəbhəçi saxlanıb. O. qeyd edib ki, təzyiqlər əsasən, müxalifətçiləri qorxutmaq istiqamətinə yönəlib.
AXCP Ali Məclisinin sədri aksiyadan sonra təzyiq faktlarının toplanacağını, müvafiq hesabatların hazırlanıb, yayılacağını bildirib.
Nürəddin MəmmədlininAXCP-nin 5 üzvinin saxlanması haqda dediklərinə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
AXCP bundan əvvəlki mitinq ərəfəsində isə partiyanın 50-dən çox fəalının polisə çağırıldığını açıqlamışdı.Onlardan 7 nəfərə inzibati həbslər verildiyi bildirilmişdi.
[caption id="attachment_48291" align="aligncenter" width="1280"] Milli Şuranın 7 oktyabr mitinqi[/caption]***
Mitinqdən əvvəl Müsavat Partiyasının rayon fəallarının basqılara məruz qaldığı bildirilir. Bu barədə partiya açıqlama yayıb .
Məlumatda deyilir ki, Müsavat Partiyası başqanın müşaviri Ramazan Əliyev Xaçmaz rayon Polis Şöbəsinin aparılıb. Onun Milli Şuranın mitinqi ilə bağlı sorğu-sual edildiyi deyilir.
Ramazan Əliyevin sözlərinə görə, ona deyiblər ki,mitinqındə Xaçmaz rayonundan heç kimin iştirak etməsini istəmirlər.
[caption id="attachment_48289" align="aligncenter" width="1280"] 7 oktyabr mitinqi[/caption]Müsavat Partiyasının Mingəçevir təşkilatının sədri Nurəddin Rüstəmlinində şəhər polis idarəsinə çağırıldığı açıqlanıb.
Verilən məlumata görə, oktyabrın 7-də Mingəçevir Şəhər Polis İdarəsinin rəis müavini Allahverdi Siraclı onu idarəyə dəvət edib. Nurəddin Rüstəmlinin mitinqlə bağlı sorğu sual edildiyi deyilir.
Müsavat partiyasından yayılan bu məlumatlara, hələlik, sözü gedən polis idarələrindən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
***
Milli Şuranın sədri Cəmil Həsənli aksiyanın məqsədi ilə bağlı bildirib ki, hədəfləri millətimizin haqqı və hüququdur.
"Hazırda Əliyevlərin ailə-klan hakimiyyətinə dünyanın hər yerindən sanksiya xəbərdarlığı gəlir. Lakin bu oğru rejimin taleyini millətin sanksiyası həll edəcək. Sinəsi ilə vətəni qoruyan əsgərin, gecə gündüz səngərdə keşik çəkən zabitin büdcəsini oğurlayan, ölkənin sərvətlərini gizli yollarla ofşor şirkətlərə daşıyan, ərazisi işğal olunan ölkədə silah alverindən "otqat" alan bir hakimiyyət millətin sanksyası ilə qarşılaşmalıdır".
C.Həsənli deyib ki, yaxın vaxtlarda orta məktəblərin, səhiyyənin pullu olacağının anonsunu verdilər. Yalnız iki il ərzində bir bank marşrutu ilə ölkədən 3 milyard vəsait çıxaranlar bu milləti pulsuz təhsil və səhiyyə xidmətindən məhrum etməyin anonsunu verir. Bu, xalqa, onun konstitusyon hüquqlarına meydan oxumaqdır.
Aksiya şəhər rəhbərliyi ilə razılaşdırılsa da bir çox fəalların pois iadarəsinə çağırılması ilə bağlı məlumatlar var. Polisdə dindirildiyini söyləyən fəalların bildirməsinə görə, onlardan mitinqə gedib-getməyəcəkləri və ailə üzvləri ilə bağlı məlumatlar soruşulub.
Məlumatları Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.
7 oktyabr mitinqi ilə bağlı qərarı Milli Şura sentyabrın 23-də “Talana yox” şüarı ilə keçirilən mitinqdə elan edib.
Bundan əvvəl Milli Şura Baş Prokurorluqdan korrupsiya yolu ilə ölkədən çıxarılmış milyardlarla dollarla bağlı cinayət işi başlamasını istəmişdi.
Lakin nə prokurorluq cinayət işi başlayıb, nə də dövlət başçısı İlham Əliyev bununla bağlı izahat verib.
Xatırlatma
“The Guardian” qəzetində dərc olunmuş araşdırmaya görə, 2012-2014-cü illərdə ölkədən 2,9 milyard dollar çıxarılaraq Böyük Britaniyada qeydiyyatdan keçən 4 ofşor şirkətə ötürülüb.Həmin pulların “yuyularaq” mənimsənildiyi və rüşvət verildiyi iddia edilir.
Öz növbəsində rəsmi Bakı araşdırma yazısında qeyd edilənləri təkzib edir.
Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov bildirib ki, məqalədəki “məlumatlar” absurd xarakter daşıyır.
“Dünyada müəyyən dairələr və onların havadarları, eləcə də erməni lobbisinin maliyyələşdirdiyi ayrı-ayrı kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycana qarşı ağlasığmayan, iftira dolu, yalan məlumatlar yaymaqla məşğuldurlar. Özü də bu cür yazılar elə təqdim olunur ki, guya orada göstərilən faktlar dəlil-sübutlara və sənədlərə əsaslanır. Bu da bir növ məsələlərin mahiyyətinə dərindən bələd olmayan kütləvi oxucuya psixoloji təsir etmək məqsədi daşıyır”, – o qeyd edib.
Rəsmilər bəyan ediblər ki, həmin məsələlərin nə Azərbaycan dövlət başçısına, nə də onun ailə üzvlərinə aidiyyatı var.
Yazının hazırlanmasında Abzas.net və Azadlıq Radiosunun məlumatlarından istifadə edilib.