Türkiyədə sabiq daxili işlər naziri, Böyük Millət Məclisinin keçmiş sədr müavini Meral Akşenerin rəhbərliyi altında yeni siyasi partiya yaradılıb.
Abzas.net xəbər verir ki, yeni partiyanın adı "İyi Parti" olacaq. Partiyanın sloqanı isə "Türkiye iyi olacak" şəklindədir.
Artıq partiyanın qurulduğu haqda sənədlər Daxili İşlər Nazirliyinə təqdim edilib.
Yeni yaranmış partiyanın rəhbərliyi arasında deputatlar Koray Aydın, Ümit Özdağ, Yusuf Halaçoğlu və bir sıra Türkiyənin nüfuzlu siyasətçiləri yer alıb.